Masallıda evində meyiti tapılan yaşlı qadın qətlə yetirilib [Yenilənib]

Masallıda evində meyiti tapılan yaşlı qadın qətlə yetirilib [Yenilənib] Masallıda evində meyiti tapılan yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin regional şöbəsinə aparılan meyitin müayinəsi başa çatıb. Ekspertizanın nəticələrinə əsasən, qadının bədənində 3 bıçaq xəsarəti aşkarlanıb.

Onun boynundan asılı olan pul kisəsi və barmağından qızıl üzüyü çıxarılaraq, oğurlanıb. Faktla bağlı araşdırma davam edir, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.


***

Masallıda evində meyiti tapılan 72 yaşlı qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.

APA-nın verdiyi məlumata görə, Gülgəz İsrafilova Ərkivan qəsəbəsinin Abaslı məhəlləsindəki evində yaşayıb. Səhər saatlarında evə gələn oğlu Mübariz İsrafilov qapının bağlı olduğunu görərək, pəncərədən içəri keçib. Anası yerdə uzanmış vəziyyətdə olub. Yaxınlaşdıqda onun öldüyünü görüb.

Qadının uzun müddətdir, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilən qadının yıxılaraq öldüyü güman edilir. Onun baş nahiyəsində xəsarət aşkarlanıb. Ehtimal olunur ki, yaşlı qadın yıxılarkən başından xəsarət alıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma zamanı evə basqın olmadığı, heç bir qiymətli əşyaya toxunulmadığı müəyyənləşib. Meyit müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.


***



Masallıda qadın evində öldürülüb.


APA-nın verdiyi məlumata görə, rayonun Ərkivan qəsəbəsində Gülgəz İsmayılovanın üzərində zorakılıq əlamətləri olan cəsədi evində aşkarlanıb. Hələlik qətlin təfərrüatları məlum deyil.

Fakt araşdırılır.



Şərhlər
Hadisə bölməsinin xəbərləri