Almaniyada qatar relsdən çıxıb, xəsarət alanlar var

Almaniyada qatar relsdən çıxıb, xəsarət alanlar varAlmaniyanın Dortmund şəhərində sərnişin qatarı relsdən çıxıb.


APA-nın “Bild”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər xəsarət alıb.


Düsseldorf-Berlin marşrutu üzrə hərəkət edən qatarda 152 sərnişin olub. Qəza zamanı üç vaqonun relsdən çıxdığı bildirilir. Qəzanın səbəbləri hələ ki, məlum deyil. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri