Berlində polislə nümayişçilər arasında toqquşmalar baş verib

Almaniyanın paytaxtı Berlində 1 May Beynəlxalq Əmək gününə həsr olunan aksiyada polis və nümayişçilər arasında toqquşmalar baş verib.

APA-nın məlumatına görə, bu barədə “Berliner Zeitung” qəzeti xəbər verib.

Şəhərin mərkəzində keçirilən nümayiş iğtişaşlarla nəticələnib. Aksiya iştirakçıları polisə şüşə qablar və fişənglər atıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, saxlanılanların olduğu bildirilir.



Şərhlər
Dünya bölməsinin xəbərləri