Şagirdlər xarici ölkə dərsliklərindən istifadə edə bilərlər

Azərbaycanda ilk dəfə olaraq, xarici dilin tədrisində dil daşıyıcıları olan ölkələrdə, şirkətlərdə, universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən istifadə imkanlarına baxılır.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 2016-cı ilin hesabatına həsr olunan tədbirində çıxış edərkən deyib.

Nazir bildirib ki, təhsilin məzmununun təkmilləşdirilməsi məqsədilə xarici dillərin tədrisi üzrə bir sıra layihələrə başlanılıb:

"Biz onların bəzilərini növbəti həftədən başlayaraq, akademik il ərzində pilot şəklində görə biləcəyik. Məsələn, xarici dilin tədrisində ölkədə ilk dəfə olaraq xarici dil üzrə dərsliklərin yerli mütəxəssislər tərəfindən deyil, dil daşıyıcıları olan ölkələrdən, şirkətlərdən, universitetlərdən hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən isifadə imkanlarına baxırıq. Bu istiqamətdə islahatlar gələcəkdə də davam edəcək".
Şərhlər
Sosial bölməsinin xəbərləri