Bakıda qadınlar döyülüb: Ölən və yaralanan var

Bakıda qətl törədilib.

Live.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Neftçilər prospekti, 93 ünvanında, Qız Qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun qətlə yetirildiyi müəyyənləşib.

Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandrandinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zyikov Samir Nərimanoviç, Razumıy Dmtirti Aleksandroviç və Alla adlı qadındır.

İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yanına atılıb.

Araşdırmalar davam edir.

***

Bakıda mənzildə iki qadın döyülüb, ölən və yaralanan var.

Live.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlı soyadı hələlik məlum olmayan Yelena adlı qadın döyülərək qətlə yetirilib. Onun meyiti binanın blokunda aşkarlanıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə vaxtı həmin ünvanda başqa bir qadının da (hələlik adı açıqlanmır) döyüldüyü aşkarlanıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, hər iki qadın bir mənzildə döyülüb. Hər iki qadın pul müqabilində intim xidmətlə məşğul olurmuşlar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri