XİN Zaxarovanın Azərbaycan jurnalistləri ilə bağlı açıqlamasına münasibət bildirib

XİN Zaxarovanın Azərbaycan jurnalistləri ilə bağlı açıqlamasına münasibət bildirib "Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı həmkarı Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı APA-nın Moskva müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirərkən deyib.

"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür". - deyə H. Hacıyev vurğulayıb.



APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri