Bakının mərkəzində mühüm dəyişiklik: Sürücülər cərimələnirlər

Bakının mərkəzində mühüm dəyişiklik: Sürücülər cərimələnirlər "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.


Ötən gün paytaxtın Nəsimi rayonunun Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev sarayının arxasında) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılıb. Analoji işlər Bakının Nəsimi rayonunun Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılıb.


Yeni rəngləmədən sonra "Beş mərtəbə"dən Heydər Əliyev adına Respublika Sarayına gedən yolda, parkı keçdikdən sonra əslində sola dönməlisiniz. Ancaq çox sürücü yolun yeni rənglənməsindən xəbərdar olmadığı üçün düzünə hərəkət edir və YPX maşınları dərhal həmin sürücüləri saxlayaraq cərimələyir.


Bu səbədən sürücülər sözügedən ərazilərdə diqqətli olmalıdırlar.





Bakının mərkəzində mühüm dəyişiklik: Sürücülər cərimələnirlər
Şərhlər
Sosial bölməsinin xəbərləri