Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi komandasının heyətində 500-cü qolunu vurub.

Bu, İspaniya çempionatı çərçivəsində Madrid “Real” ilə matçda baş verib.

Madriddə keçirilən qarşılaşmada “Barselona” rəqibini 3:2 hesabı ilə məğlub edib. Messi oyunda “dubla” imza ataraq klub karyerasında vurulan qolların sayını 500-ə çatdırıb.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 8 qat İspaniya çempionu, 4 qat İspaniya Kubokunun və 4 qat Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində həmçinin 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.



APA
Şərhlər
İdman bölməsinin xəbərləri