İranda prezidentliyə namizədlərdən altısının ərizələri təsdiqlənib, Əhmədinejad seçkiyə buraxılmayıb

İranda prezidentliyə namizədlərdən altısının ərizələri təsdiqlənib, Əhmədinejad seçkiyə buraxılmayıb İranın Konstitusiyaya Nəzarət Şurası keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş və qeydiyyatdan keçmiş namizədlərdən 6 nəfərinin ərizəsini təsdiqləyib.

Qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında araşdırıldıqdan sonra təsdiqlənib.

Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən ərizələri təsdiqlənən şəxslər bunlardır:

1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim
2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi
3. Hazırkı prezident Həsən Ruhani
4. “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvü Seyid İbrahim Rəisi - Sadat
5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf
6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba

Sabiq prezident Mahmud Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib.

Qeyd edək ki, ərizələri təsdiqlənməyən şəxslər 5 gün ərzində qərara etiraz etmək hüququna malikdirlər.




APA
Şərhlər
Dünya bölməsinin xəbərləri