ABŞ-ın neft ehtiyatları azalır - Neftin qiyməti qalxır

ABŞ-ın neft ehtiyatları azalır - Neftin qiyməti qalxır Neftin son qiymətlərində yenə artma müşahidə edilib.

Trend-in məlumatına görə, Brent markalı neftin barelinin qiyməti bu gün 0,40% artaraq 53,14 dollara çatıb. WTI markalı neftin qiymətində isə bu artım 0,31% təşkil edərək, barelə görə 51,01 dollara çatıb.

Bu əsnada ABŞ-ın neft ehtiyatları 14 aprel tarixi üçün olan göstəricilərə əsasən 1 milyon barel və ya 0,2% olmaqla 532,3 milyon barelə qədər azalıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri