Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb, seçicilərin 51.3%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib

Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb, seçicilərin 51.3%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb.


Bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.


Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.


***


Bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendumda səsvermə başa çatıb.

Səsvermədə yüksək aktivlik müşahidə olunub.

Ölkənin əksər bölgələrində səsvermə yerli vaxtla 08.00 (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başa çatıb. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 08.00) başlayıb, saat 16.00-da (Bakı vaxtı ilə saat 17.00) bitib. Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri