Çempionlar Liqası: ¼ mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutub. Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan “Borussiya” – “Monako” matçı ilə yanaşı “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) və “Bavariya” (Almaniya) – “Real” (İspaniya) görüşləri də keçirilib.

Meydana ilk olaraq “Borussiya” və “Monako” çıxıb. Mövsümün sürpriz komandası “Monako” 1/8 final mərhələsində gözlənilmədən “Mançester Siti”ni üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu “böyük beşlik” almanları da məyus edib. Fransızlar səfərdən 3:2 hesablı qələbə ilə dönüblər.

Daha sonra isə günün proqram üzrə baş tutmalı olan iki qarşılaşması oynanılıb. Çempionlar Liqasının son finalçısı “Atletiko” İngiltərə çempionu “Lester”i sınağa çəkib. Ötən həftə La Liqada “Real”dan səfərdə xal alan “Atletiko” doğma meydanda minimal hesablı qələbəyə sevinib. Yeganə qolu Qrizman vurub.

Daha bir finala bərabər oyun isə “Bavariya” ilə “Real” arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. "Bavariya" hesabı açıb ilk hissəni öndə başa vursa da, sonradan üstünlüyünü qoruya bilməyib. Kristiano Ronaldo 47 və 77-ci dəqiqədə dubl edərək komandasının səfərdən qələbə ilə dönməsini təmin edib.

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel

“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) - 2:3
Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)

“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) - 1:0
Qol: Qrizman, 27 (pen.)

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")
Qollar: Vidal, 25 - Ronaldo, 47, 77

***

23:00

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

APA-nın məlumatına görə, əvvəl dünən Dortmundda baş vermiş partlayış səbəbindən təxirə salınan “Borussiya” – “Monako” matçı keçirilib.

Matçda "Monako" 3:2 hesabı ilə qalib gəlib. Bakı vaxtı ilə saat 22:45-də 1/4 final mərhələsinin daha iki oyunu start götürüb. “Atletiko” “Lester”i, “Bavariya” isə “Real”ı qəbul edir.

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel

“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) - 2:3
Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)



APA
Şərhlər
İdman bölməsinin xəbərləri