Polis: "Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına yönəlmiş hücumdur" [Yenilənib]

Polis: "Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına yönəlmiş hücumdur" [Yenilənib] Dortmundda partlayışların baş verdiyi ərazidə aşkarlanan məktubun müəllifi hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Assoşieyted Press” prokurorluğa istinadən məlumat yayıb.

Məlumata görə, müstəntiqlər hazırda həmin məktubu tədqiq edirlər.

Bundan əvvəl Dortmund polisi partlayışların “Borussiya” futbol komandasına qarşı yönəlmiş hücum olduğunu bəyan edib.

Xatırladaq ki, avtobusun yaxınlığında üç partlayış baş verib. Polisin ilkin məlumatına əsasən, “hücumda ciddi partlayıcı vasitələrdən istifadə edilib”. Partlayıcı qurğunun avtomobil duracağının hasarına bərkidildiyi bildirilir.

Hadisə zamanı avtobusun şüşəsi parçalanaraq dortmundluların müdafiəçisi Mark Bartranın əlini zədələyib.

Qeyd edək ki, insident səbəbindən Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb.


*****


Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına qarşı yönəlmiş hücumdur.

Bu barədə “Röyters” Almaniya polisinə istinadən məlumat yayıb.

Dortmund polisi qeyd edib ki, avtobusun yaxınlığında üç partlayış baş verib. Polisin ilkin məlumatına əsasən, “hücumda ciddi partlayıcı vasitələrdən istifadə edilib”. Partlayıcı qurğunun avtomobil duracağının hasarına bərkidildiyi bildirilir.

Hadisə zamanı dortmundluların müdafiəçisi Mark Bartra xəsarət alıb.

Qeyd edək ki, insident səbəbindən Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb.


*****


Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb. Buna səbəb alman klubunun avtobusunun dayandığı yerin yaxınlığında bomba partamasıdır.

Yerli hüquq-mühafizə orqanları insidenti təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı bir nəfər xəsarət alıb. BBC yaralanan şəxsin dortmundluların müdafiəçisi Mark Bartra olduğunu bildirib.

İspan futbolçu artıq xəstəxanaya aparılıb.

Artıq klubdan bununla bağlı rəsmi açıqlama da verilib: “Oyunçularımız hamısı təhlükəsiz ərazidədi. Xahiş edirik sakitliyinizi qoruyasınız. Hazırda stadionda təhlükəsizlik xidmətinin əməkdaşları var. Daha sonra əlavə məlumatlar veriləcək”.

Matç isə təxirə salınıb və sabah saat 20:45-da oynanılacaq.





APA
Şərhlər
İdman bölməsinin xəbərləri