Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub

Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

***

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib.

Iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan prezidentini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri