Tolik əkizlərdən ayrıldı: "Çoxdan bu addımı atmaq istəyirdim"

Tolik əkizlərdən ayrıldı: "Çoxdan bu addımı atmaq istəyirdim"Prodüser Tolik əkiz Sevil Sevinc bacıları ilə işbirliyinə son qoyub.

Prodüser bu haqda sosial şəbəkədə məlumat yayıb:

"Bu gün gəlib çatdı... Sevil və Sevinclə 1 ildən çox çalışdıq və ikitərəfli qərarla işbirliyimizə son qoyduq. Biz yenə danışacağıq, görüşəcəyik, çünki ən azından qonşuyuq. İşlədiyimiz müddətdə işlərimiz olub, məncə, pis də alınmayıb. Amma bəzi məqamlar var ki, onlara da, mənə də seçim haqqı verilib. Çoxdan bu addımı atmaq istəyirdim. Bəzi şeylər qarşımı alırdı. Şükür ki, qızlarım da bunu anladılar".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53