DÇ-2018-in seçmə mərhələsi: Azərbaycan - Almanya 1:4

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olub.

İlk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıda da 3 xalı rahat qazanıb. 4:1 hesabı ilə məğlub olan yığmamızın yeganə təsəlli tapdığı məqam isə Nazarovun qolu olub. Belə ki, cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası ilk dəfə millimizlə oyunda məyus olub.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
26 mart

Azərbaycan – Almaniya - 1:4
Qollar: Nazarov, 31 - Şürrle, 19,81 Müller, 36, Qomez, 45.
Şərhlər
İdman bölməsinin xəbərləri