Peruda daşqınlar nəticəsində ölənlərin sayı 72-yə çatıb

Peruda daşqınlar nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Perunun Baş naziri Fernando Savala bildirib.

Daha əvvəl 67 nəfərin təbii fəlakətinin qurbanı olduğu bildirilirdi.

Peru hakimiyyəti bəyan edib ki, bu daşqınlar son 20 ildə ən ağırı olub. Daşqınlar nəticəsində 115 min tikili zərər görüb, 117 körpü, min kilometrlərlə yol dağılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri