Tramp Merkel ilə görüşdə telefonunun dinlənilməsindən danışıb

ABŞ prezidenti “Tvitter”dəki yazılarına görə nadir hallarda heyfsiləndiyini və seçkiqabağı kampaniya zamanı Barak Obamanın sərəncamı ilə telefon danışıqlarının dinlənildiyini bəyan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Almaniya kansleri Angela Merkel ilə keçirdiyi mətbuat konfransında deyib.

“Biz ən azı bu sahədə Merkel ilə oxşarıq,” deyə D.Tramp zarafat edib. Bu sözləri zalda olanlar gülüşlə qarşılayıb, kansler isə təəcüb ilə ABŞ prezidentinə baxıb.

Xatırladaq ki, 2013-cü ildə “Spiegel” jurnalı ABŞ kəşfiyyat xidmətləri tərəfindən Angela Merkelin mobil telefonunun dinlənilməsi barədə məqalə dərc etmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri