Xırdalanda dəm qazından boğularaq ölən beş nəfərin kimliyi məlum olub

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.


Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***



Xırdalanda faciə baş verib.

Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb.

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri