Tolik 720 manatlıq alça alan Təranə Qumralı ağıl arzuladı

Məşhur prodüser Tarix Əliyev müğənni Təranə Qumralı tənqid edib.

Live.Az publika.az-a istinadən xəbər verir ki, prodüser sosial şəbəkədə canlı yayım vasitəsilə özünü reklam edən müğənnilərin ünvanına sərt ifadələr səsləndirib:

"Eşitmişəm ki, Təranə Qumral qızına 720 manata alça alıb. Təranənin heç 720 manata toya getdiyini bilmirdim. Amma alçaya o qədər pul veribsə, ona ar olsun. Şəxsən mən eləməzdim. Təranə 720 manatla 10 ailəyə yaxşı bazarlıq edib, uşaqların qarnını doyuzdurub savab qazana bilərdi. Görməmişlik etməyin! Alça almaqla deyil ki, səviyyə başqa şeydir. Səviyyəni pulla almaq olmur! Allah bizim bəzi müğənnilərə ağıl versin!".

Müğənni Şəbnəm Tovuzlu da Tolikin dediklərinə dəstək olaraq belə bir şərh yazıb: "Öldüm gülməkdən, qələt edir! Yalançı, alça alıb".

Tolik isə cavab olaraq Şəbnəmə bu sözləri deyib: "Şəbnəm, ölürlər yekəbaşlıq etmək üçün. Ay aman, evimdə 720 manatlıq alça var..."
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53