Azərbaycanın ÜDM-i 0,4% artıb

Azərbaycanın ÜDM-i 0,4% artıb 2017-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% artaraq 10 mlrd. 42,6 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olub.

Ümumi daxili məhsulun 46,7%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6%-i tikintidə, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 15,8%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5%-ini təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artıb, onun ÜDM-də xüsusi çəkisi 56,8% olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri