Ağdam sakini avtomobillə anasını vuraraq öldürüb [Yenilənib]

Ötən gün Ağdamda baş verən ölüm hadisəsinin dəqiq səbəbləri məlum olub.

Ağdam sakini 56 yaşlı Filyar Əliyevanın iribuynuzlu heyvanın vurması nəticəsində öldüyü barədə məlumat yayılsa da, onun öz oğlu tərəfindən avtomobillə vurularaq öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub.

Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


*****


Ağdamda iribuynuzlu heyvanın vurduğu 56 yaşlı qadın ölüb.

APA-nın xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Filyar Əliyevanın vəziyyəti ağır olduğundan yaxınları onu Bərdə xəstəxanasına aparmağa çalışsalar da, qadın yolda həyatını itirib. F. Əliyevanın yaxınları onu tövlədə inək vurduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.



APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri