Miri Yusifdən növbəti mahnı: Tərki Dünya

Müğənni Miri Yusif yeni mahnı və klipini təqdim edib.


Live.Az xəbər verir ki, "Tərki Dünya" adlanan mahnının musiqisi Miri Yusifin özünə, sözləri isə özündən başqa, Orxan Qarabasma və RG-yə (Aftermad) məxsusdur.


Klipin rejissoru Fərhad Əlidir.


Videoda baş rolda model Diana Ka yer alıb.


Miri Yusif mahnı haqda fikirlərini belə dilə gətirib: "Bu mahnı sizi dünyadan qoparacaq. Yalnız onda başa düşəcəksiniz ki, tərki dünya olmaq nə deməkdir. Dünyada qala-qala bunu anlamaq mümkün deyil".


Xatırladaq ki, bir neçə gün ərzində Miri Yusifin iştiraki ilə ikinci mahnıdır. Bir neçə gün öncə M.Yusifin İrem Derici və Sinan Akçılla birlikdə oxuduğu "Bir tanem" mahnısını təqdim edib.






Miri Yusifdən növbəti mahnı: Tərki Dünya

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53