Məşhurlar “Ötən ilin nəğmələri” konsertində bir araya gələcək

Məşhurlar “Ötən ilin nəğmələri” konsertində bir araya gələcək Musiqi sevərləri ötən illərin nəğmələrini canlı ifada qulaq asmaq fürsəti əldə edib.


Live.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Fevralın 28–də Heydər Əliyev Sarayında Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və s. Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət “Ötən illərin nəğmələri” adlı konsert proqramı keçiriləcək.


Konsertdə Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, Əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Teymur Əmrah, İlqar Muradov, Eyyub Yaqubov, Bəyimxanım Vəliyeva, müğənnilər Ehtiram Hüseynov, Samir Piriyev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Fuad Musayev, İlqar Xəyal, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Məryam Şabanova və “Sevil” vokal qrupu iştirak edəcəklər.


Biletlər 20 AZN-dən başlayır.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53