UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıbBu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Türkiyənin avrokuboklardakı son ümidi olan “Beşiktaş” Yunanıstan çempionu “Olimpiakos”la üz-üzə gələcək. İstanbullular 1/16 finalda “Osmanlıspor”u mübarizədən kənarlaşdıran rəqibdən həmyerlilərinin revanşını almağa çalışacaqlar.

Maraqlı cütlərdən “Şalke” ilə “Borussiya” arasında Almaniya, “Gent”lə “Genk” arasında Belçika duelləri diqqət çəkir. Bundan başqa, “Lion”la “Roma” arasında mübarizə də gərginlik vəd edir.

Turnirin favoriti hesab edilən “Mançester Yunayted” Rusiyaya səfər edəcək. Joze Morunyonun komandası “Rostov”u sınağa çəkəcək. Rusiyanın digər təmsilçisi “Krasnodar” isə “Selta” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqasının 1/8 final mərhələsindəki cütlüklər:
“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)
APOEL (Kipr) - “Anderlext” (Belçika)
“Şalke” (Almaniya) - “Borussiya” (M, Almaniya)
“Lion” (Fransa) - “Roma” (İtaliya)
“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Gent” (Belçika) - “Genk” (Belçika)
“Kopenhagen” (Danimarka) - “Ayaks” (Hollandiya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları isə 16-da baş tutacaq.



Apa
Şərhlər
İdman bölməsinin xəbərləri