Röya yeni işləri ilə gəlir

Röya yeni işləri ilə gəlir Röyanın bu ilə planlaşıdırdığı proyektrlər məlum olub.


Live.az xəbər verir ki, şou-biznesimizi ən parlaq ulduzlarından olan Röya, bu il ən azı iki mahnısına klip çəkdirəcək.


Populyar ulduz klipin birini Azərbaycan üçün, birini isə Türkiyə üçün hazırlayır.


Azərbaycan tamaşıçısı üçün, keçən il konserti zamanı təqdim etdiyi, "Qadın" mahnısına klip çəkiləcək.


Türkiyə üçün çəkdirəcək klipi hansi mahnı üçün olduğu bilinməsə də, klip Avropada lentə alınacaq.


Klip çəkimində isə Söner Sarikabadayı iştirak edəcək və müğənni ilə Belçikaya yollanacaq.


Həmçinin Röya Ayxan və Nigar Camal münasib mahnı tapsalar, bu il onlar birgə duet mahnı təqdim edəcəklər.


Xatırladaq ki, Röya martda Rusiyanın paytaxtı Moskvada konsert proqramı ilə çıxış edəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri