Sərxan Kərəmoğlu: Orxan sələmə pul götürüb İlhaməyə yas verdi

Sərxan Kərəmoğlu: Orxan sələmə pul götürüb İlhaməyə yas verdi Tanınmış aktyor, rejisor, aparıcı Sərxan Kərəmoğlu mərhum Xalq artisti İlhamə Quliyevanın yas mərasimi ilə bağlı paylaşım edib.

Live.az oxu.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə müğənninin oğulluğu Orxan Nadirovun sələmə pul götürərək İ.Quliyevaya yas mərasimi verdiyini yazıb.

“Deyəcəksiniz, yenə İlhamə Quliyeva? Bu bizim son fotomuzdur. İndi məni başqa şey maraqlandırır, əgər insanlıq hissim varsa, yazmalıyam. İlhamə öldükdən sonra əziz dayısı oğlu evdən, yəni Orxandan bir neçə dəst qızıl əşyaları aldı. Əvəzində dəfn üçün pul verdi. Morqda və meyit yuyulan yerdə pul olmayıb, İlhamə yaşayan ərazinin bölmə rəisi pulu Əli Mirəliyevə verib. Demək, üç, yeddi və qırx mərasimləri verildi. Tək qırx mərasiminə getdim, o da Orxana görə.



Orxan sələmə pul götürüb yas mərasimlərini verdi. O zaman indiki varislər harada idi? Gülbahar xanım (İ.Quliyevanın bacısı -red.), sizin dilinizdən dəfələrlə eşitmişəm ki, bizim İlhamə ilə işimiz olmaz, o bizim nəslin başını aşağı edib. Bəs indi başınızı aşağı edən birinin var-dövləti sizə necə şirin gəldi? “Bizdən uzaq olsun” deyən siz deyildinizmi?

İndi miras sizə qaldı və qanunlara qarşı kimsə çıxa bilməz. Xeyrini görəsiniz, əgər görə bilsəniz. İndi siz il mərasimi verirsiniz? Sələmə götürülən pulu vermisiniz? Eldardan dəfn üçün alınan, yumaq üçün bölmə rəisindən götürülən borcu vermisiniz? İndi düşmüsünüz ki, bacımıza il mərasimi veririk? Kimi axmaq yerinə qoyursunuz?

Mən indi anladım ki, İlhamə sizə oxşayıb. Çünki onun indiyənə qədər etdiyi günahları Allah bilsin. Əldə etdiyi sərvəti mədəni surətdə dilənib. Dilənçiliklə qalan mirasdan kim necə xeyir tapacaq onu zaman göstərər. Tək Orxan xeyir tapa bilər, o da Allahın işidir. Çünki Orxanın həyatını bilə-bilə bərbad etdi. Bu, artıq başqa mövzudur. İlhamənin ili sabah olacaq. Onu istəyənlər Heydər məscidinə gedə bilərlər”,-deyə S.Kərəmoğlu qeyd edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri