Abşeronda göl daşıb, həyətyanı sahələri su basıb

Abşeronda göl daşıb, həyətyanı sahələri su basıb Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib. Hazırda suyun çəkilməsi işləri davam etdirilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri