Klinikadan açıqlama: "İlqarənin əməliyyatı 3-4 saat çəkib"

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əməliyyat olunub. Gənc müğənni 10 kq çəkidən azad olub.

Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatla bağlı bəzi detallar əldə edilib. Belə ki, xalq artistinin qızı fevralın 9-da liposaksiya (piy sovurma əməliyyatı) etdirib.

İlqarənin bədənindən 8 litrə yaxın piy çıxarılıb.

"Narkozsuz keçirilir, keyidici maddələr vurulur. Azad olmaq istədiyi nahiyələrdən dəliklər açılıb və iynələr yeridilib. Oradan piylər sovrulub. İlqarə xanımın əməliyyatı 3-4 saat çəkib. Qarın və bel nahiyəsindəki piylərdən azad olub. Bir nahiyədə əməliyyat maksimum 2 saat çəkir", - deyə ifaçının əməliyyat edildiyi klinikadan bildirilib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53