Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb

Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb Ötən il Azərbaycanda qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib.

Onun sözlərinə görə, həmin cinayətlərin 821-i qadınlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib.

Komitə rəsmisinin sözlərinə görə, ötən il qadınları fahişəliyə cəlb etmə ilə bağlı 39 fakt qeyd alınıb.

2016-cı ildə qadınlar arasında 176 intihar hadisəsi baş verib.

R.Süleymanzadənin sözlərinə görə, ötən il yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət hadisəsi törədilib. Onlardan ailə-məişət zəminində 3 fakt, cinsi toxunulmazlıq əleyhinə 190 fakt olub.

Keçən il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 576 cinayət hadisəsi törədilib. Onlardan 80-i ağır və ya xüsusilə ağır, 405-i az ağır, 91-i böyük ictimai təhlükə törətməyən cinayət faktı olub.




Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri