Təranəni görən Mədinə studiyadan getdi

Təranəni görən Mədinə studiyadan getdi Prodüser Təranə Səmədova ilə Mədinə Məlik arasındakı qalmaqal daha şişib.


"Show time" verilişinə qatılan Mədinə Məlik gözləmədiyi hadisə ilə üzləşib. Aparıcı Yalçın Uğur prodüserə Təranə Səmədovanın studiyaya gələcəyini deyib.


Mədinə onunla qarşılaşmaq istəmədiyini bildirib: "Çox gözəl! O, gələr, mən gedərəm. Mən bu işlərdən keçmişəm. Mən uşaq deyiləm. , - qəzəbini gizlətməyib.


Həmçinin bildirib ki: "Bilirəm Təranə harada yaşayır. O da mənim evimi gözəl tanıyır. Tamaşaçılara görə onunla burada ağız-ağıza verən deyiləm. Mən onunla oturmayacam. O reytinqi bir dəfə verdim, bəsdir."


Bir neçə dəqiqə sonra Təranə studiya daxil olur və Mədinə Məlik studiyanı tərk edir.


Təranə ona deyib ki: "Mirsaleh Muradovun, Əli Mirəliyevin variantını edir, efirdən gedir. Şou yaradır, ona fikir verməyin."


!Problem yoxdursa, niyə üz-üzə danışmaq istəmir? Mənə "futbol topu" deyən insan xanımlığını sığıştırıb oturmaz" , - deyə əlavə edib.


Sonda isə prodüser bildirib ki "Onu gündəmə mən gətirmişəm!", - deyib.


Qeyd edək ki, verlişdə Flora Kərimovada iştirak edib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri