Tolik: Peşmanam ki, məktəbi atmışam

Tolik: Peşmanam ki, məktəbi atmışam "Telefonumu itlə, iti də qoyunla dəyişdim"

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan prodüser Tarix Əliyev (Tolik) maraqlı açıqlamalar verib.

O, ailəsindən və uşaqlıq illərindən bəhs edib:

"Anam musiqi müəlliməsi, atam neftçi olub. Valideynlərimə indi də deyirəm ki, kaş mənim başımdan vurub oxutduraydınız. Kaş indi ali savadım olardı, başqa pillədə olardım. Elə qohumlarım var ki, məni evinə qoymurdu. Amma indi umurlar ki, mən onlara qonaq gedəcəm. 8-ci sinifdən sonra oxumadım. Məktəbi atdım. Çox peşman oldum. Ən pis vaxtım - anamı aparıb bacımla ötürürdüm, aeroporta gəlib onu ötürəndə qorxdum ki, anam daha getdi.

Mən çox dələduz uşaq olmuşam. Anam telefon alsın deyə əlimi kəsmişdim. Anam telefonu aldı, 1 ay sonra telefonu itlə dəyişdim. Daha sonra iti də qoyunla dəyişdim".

Tanınmış prodüser uşaq vaxtı yaşadığı hadisəni bölüşüb:

"Bir dəfə çörək növbəsində dayanmışdıq, bir oğlan gəlib dedi ki, sən mənim bacıma sataşmısan, gedək, üzr istə. Məni qaranlıq yerə aparıb dedi ki, ayaqqabını və kurtkanı çıxart. Kurtkamı verdim, ayaqqabı yox. Ayaqqabım ayağına olmadı. Həyatda belə şeylərlə də rastlaşmışam".

Videonu izləmək üçün şəklə klikləyin:


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53