“Qəbələ” liderliyə yüksəlib

“Qəbələ” liderliyə yüksəlib Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.


Turun mərkəzi oyununda çempionatın liderləri olan “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəliblər.


Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk hissədə Zenyov, ikinci hissədə Filip Ozobiç komandalarına qələbə gətirən qollara imza atıblar.


"Qəbələ" qazandığı 3 xal nəticəsində liderliyə yüksəlib. Hər iki komandanın 42 xalı olsa da, top sayına görə "Qəbələ" "Qarabağ"dan öndə yerləşib.




FK Qabala 2 - 0 Qarabag FK

28' Sergei Zenjov (1 - 0), 69' Filip Ozobic (2 - 0)



Live.Az
Şərhlər
İdman bölməsinin xəbərləri