Bakıda “28 Mall” niyə bağlanıb?

Bu gün səhər saatlarından etibarən “28 Mall” ticarət mərkəzinin işıqları yanmır.

Live.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə ticarət mərkəzinin bağlı qapıları arxasında qalan müştəriləri məlumat yayıblar.

Onlar qeyd ediblər ki, “28 Mall”un içinə daxil ola bilmirlər.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, problemdən xəbərdardır:

“İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də “28 Mall” rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız oradadır və qəzanın aradan qaldırılması üçün çalışırlar”.



****

Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra KİV-də “28 Mall” ticarət mərkəzində baş verən hadisəyə dair məlumatı şərh edib. Ticarət mərkəzində döşəmə çöküb və böyük bir çala əmələ gəlib. Baş verən hadisənin nəticələrini FHN əməkdaşlarının aradan qaldırdıqlarına dair məlumat yayılıb.

Live.Az 1news.az-a istinadən xəbər verir ki, FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bu məlumatın əsassız olduğunu bəyan edib.

“FHN-ə “28 Mall”da baş verən hadisəyə dair məlumat daxil olmayıb, müvafiq olaraq nazirliyin əməkdaşları ticarət mərkəzinə yola düşməyiblər”, - O.Bayramov vurğulayıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri