Berlin aeroportlarında 200-dən çox reys ləğv olundu

Berlinin "Teqel" və "Şyonefeld" aeroportlarında qabaqcadan xəbərdarlıq edilmiş tətillə əlaqədar olaraq 200-dən artıq reys ləğv edilib.

Trend-in məlumata görə, tətili Almaniyanın Həmkarlar İttifaqı təşkil edib.

Aeroportların mətbuat xidmətindən verilən məlumata görə, "Teqel"də 156, "Şyonefeld"də 54 reys ləğv edilb. Daha 12 reys Leypsiq və Drezden istiqamətinə yönəldilib.

Qeyd edək ki, oxşar tətil keçən həftə də baş vermişdi, nəticədə 130 reys ləğv olunmuşdur. Tətilçilərin əsas tələbi əmək haqlarının artırılmasıdır.
Şərhlər
Dünya bölməsinin xəbərləri