Prodüser Tolikdən yenə qalmaqallı açıqlama: Azərbaycanda ən birinci məndə olacaq

Prodüser Tolikdən yenə qalmaqallı açıqlama: Azərbaycanda ən birinci məndə olacaq Sosial şəbəkənin ən aktiv ulduz istifadəçiləndən olan Prodüser Tolik maraqlı açıqlama ilə çıxış edib.


Live.az məlumat verir ki, son zamanlar müğənilərimiz və tanınmış simalaramız sosial şəbəkədə aktivliyi ilə seçilir. Minlərlə və on minlərlə "like"lar yığırlar.


Ancaq bir müddətdir ki, məlumat var ki onlar bunu özləri deyil, hansısa proqram köməyi ilə yığıblar.


Belə ki, dünyaca populyar simalar 100 min izləyəci toplaya bilmədiyi halda bizim ifaçılar artıq 1 milliona yaxınlaşırlar.


Ən çox izləyiciləri olanlar arasında 400-500 min keçənlər arasında Sevda Yəhyəyeva, Natavan Həbibi, Xatirə İslam, Günay İbrahimli, Oksana Rasulova, Vüsalə Əlizadə, Kəmalə Piriyeva və Afaq Gəncəli var.


Bir neçə həftə öncə Roza Zərgərlinin instagram profilinin izləyicilərinin qəfil günə 10-20 izləyici artırıb 700 minə çatmasını prodüser Tarıx Əliyev sosial şəbəkədə qınamışdır.


"Çox maraqlıdır, Roza hamını instaqramda pulnan aldıqlarını iddia edir. Bəs necə olur Rozanın 653min izləyir, sonra isə 671 min. Bir gün içində 20.000 min izləyici artər, sonra 2000 azalır. Düzdü gündəmə gətirir Rozanı, amma inanmıram Rozanı bu ölkədə Aygün Kazımovadan çox tanıyıb ona o qədər pərəstiş edib, onu izləyirlər", - deyə Tolik bildirmişdir.


Prodüser sonradan bu statusu pozmuşdur.


Dünən isə öz açıqlamaları ilə həmişə gündəmdə olan Tolik bildirib ki, Azərbaycanda ən birinci onun 1.000.000 izləyicisi olacaq. Sadəcə hal-hazırda kartında pul olmadığından etməyib bunu.


"1-2 günə kartıma 200 dollar qoyub və profaylımı 1m edəcəm!", - açıqlama verib


Baxmayaraq ki, profayl izləyicisinin sayı bu günə 269 mindir.


Hal-hazırda 1 milyona ən yaxın olan ifaçılar Röya - 976 min , əkiz bacılar Sevil və Sevinc - 968 , və ulduz cütlük Zaur və Günaydır - 840 min.


Xatırladaq ki, dünya ulduzlarından ilk 100 mln izləyicini gənc ifaçı Selena Qomez (106m) çatmışdır. Hətta qalmaqallı Kim Kardaşianı və Taylor Svifti geridə qoyub. Baxmayaraq ki, Selena 100 mln bir il öncə çatıb, indiyə qədər bu göstəriciyə Beyons (94m), Teylor Svift (97m), Jeylo (58), Şakira (31m) kimi müğənnilər belə çatmayıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri