Məşhur caz ifaçısı dünyasını dəyişib

Məşhur amerikalı caz ifaçısı, “Grammy” mükafatının yeddi qat qalibi El Cerro 76 yaşında vəfat edib.


Məlumata görə, əfsanəvi cazmen Los-Ancelesdə hospitalda dünyasını dəyişib.


E.Cerronun debüt albomu “We Got By” 1975-ci ildə işıq üzü görüb. İlk “Grammy” mükafatını 1978-ci ildə, “Ən yaxşı solo caz albomu" nominasiyasında qazanıb. 2001-ci ildə E.Cerronun adı Hollivudun “Məşhurlar Xiyabanı”nda həkk olunub.


Dünya şöhrətli musiqiçi, cazmen Al Cero Bakı Caz Festivalında və Qəbələ festivalında konsert verib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57