Hamburq aeroportu yenidən açılıb, aviareyslər bərpa olunub

Hamburq aeroportu yenidən açılıb, aviareyslər bərpa olunubHamburq aeroportu yenidən sərnişinləri qəbul etməyə başlayıb, aviareyslər bərpa olunub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Hamburq aeroportunun təmsilçisi məlumat verib.

Qeyd edək ki, bu gün polis naməlum maddənin sızması ilə əlaqədar aeroportun bütün terminallarından insanları evakuasiya edib. 50-dən çox insan xəsarət alıb. Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətləniblər. Aeroportda aviareyslər yerli vaxtla saat 12.30-dan (Bakı vaxtı ilə saat 15.30) saat 13.45-ə (Bakı vaxtı ilə 16.45) qədər dayandırılıb. İlkin məlumata görə, naməlum maddə aeroportun kondisioner sistemindən sızıb.


****


Almaniyanın Hamburq şəhər aeroportunda naməlum maddənin sızması nəticəsində 50 nəfər xəsarət alıb.

APA-nın “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, aeroport bağlanıb, hava əlaqəsi dayandırılıb, bütün terminallardan insanlar evakuasiya edilib.

Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətlənirlər.

İlkin məlumata görə, sızma kondisioner sistemində baş verib. Hazırda mütəxəssislər hansı maddənin sızdığını araşdırırlar.
Şərhlər
Dünya bölməsinin xəbərləri