Ueyn Runi “Mançester Yunayted”-ın tarixində ən məhsuldar oyunçusu oldu

Ueyn Runi “Mançester Yunayted”-ın tarixində ən məhsuldar oyunçusu oldu İngiltərə Premyer Liqasında “Stok Siti”yə qarşı keçirilən oyun “Mançester Yunayted”in futbolçusu Ueyn Runi üçün əlamətdar olub.


Trend-in məlumatına görə, oyunun 94-cü dəqiqəsində Ueyn Runi “Mançester Yunayted”-ın heyətində 250-ci qoluna imza atıb.


Runi bununla klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltonu (249 qol) qabaqlayıb.


Qeyd edək ki, futbolçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir. Oyun 1:1 hesabı ilə başa çatıb.
Şərhlər
İdman bölməsinin xəbərləri