Tehrandakı ticarət mərkəzində 25 nəfərin öldüyü təsdiqlənib

Tehranda "Plasko" ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində 25 nəfərin həlak olduğu təsdiqlənib.

APA-nın Tehran bürosunun məlumatına görə, həlak olanlardan 16-sı yanğınsöndürəndir, digərləri yerli sakinlərdir.

Hazırda ticarət mərkəzində vəziyyət kritik həddədir, hadisədən iki gün keçməsinə baxmayaraq, uçqun altında qalanların olduğu ehtimal edilir. Xilasedicilər tunellərlə girə bilməyib. Dağıntılar altından iki nəfərin cənazəsi çıxarılıb.

Ticarət mətkəzindəki dükan sahiblərinə milyonlarla dollar ziyan dəyib və minlərlə insanın işsiz qalıb.

Bu gün İran prezidenti Həsən Ruhani və spiker Əli Laricani hadisə yerində olublar.

Qeyd edək ki, İran Nazirlər Kabinetinin qərarı ilə bu gün (şənbə) Plasko qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq İranda matəm günü rlan olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri