Con Kerri: Türkiyə iki dondurulmuş problemin – Dağlıq Qarabağ münaqişəsinin və Kipr məsələsinin həlli istiqamətində bizimlə görüşlər keçirir

Con Kerri: Türkiyə iki dondurulmuş problemin – Dağlıq Qarabağ münaqişəsinin və Kipr məsələsinin həlli istiqamətində bizimlə görüşlər keçirir "Türkiyə iki dondurulmuş problemin - Dağlıq Qarabağ münaqişəsinin və Kipr məsələsinin həlli istiqamətində bizimlə görüşlər keçirir. Türkiyə bu problemlərin həllində aparıcı aktyor rolunda çıxış edir". Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

Məlumatda deyilir ki, Con Kerri ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində ABŞ XİN-nin 2014-cü il üçün büdcəsinin müzakirəsi zamanı İsrail-Türkiyə, həmçinin, İsrail-Türkiyə-ABŞ münasibətlərinə də toxunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri