“Barselona” Arda Turanla bağlı qərarını açıqlayıb

“Barselona” Arda Turanla bağlı qərarını açıqlayıb “Barselona” rəhbərliyi türkiyəli futbolçu Arda Turanla bağlı qərarını açıqlayıb.


Live.az məlumatına görə, bu barədə apa İspaniya mətbuatına istinadən xəbər verir. Kataloniyalılar yarımmüdafiəçinin Çin klubuna keçidinə razılıq verməyiblər.

Məsələ burasındadı ki, “Quançjou Everqrand” klubu 30 yaşlı oyunçuya 3 illik müqavilə və ilinə 30 milyon avro maaş təklif etmişdi. Futbolçunun ilkin razılığını alan çinlilər “Barsa”ya bu keçid müqabilində 30 milyon avro təklif ediblər. Lakin Türkiyə millisinin kapitanını 41 milyon avroya transfer edən İspaniya nəhəngi onun bundan aşağı məbləğə satılmayacağını bəyan edib.

Qeyd edək ki, Arda Turan bu mövsüm meydana çıxdığı 22 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər
İdman bölməsinin xəbərləri