"Şahdəniz-1" üzrə Gürcüstana 6 mlrd. kubmetr, Türkiyəyə 44 mlrd. kubmetr qaz verilib

"Şahdəniz-1" üzrə Gürcüstana 6 mlrd. kubmetr, Türkiyəyə 44 mlrd. kubmetr qaz verilib Hazırda "Şahdəniz" yatağında 8 işləyən quyudan gündə orta hesabla 29,5 mln. kubmetr qaz və 6,5 min ton kondensat hasil olunur. APA xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, işlənmənin əvvəlindən "Şahdəniz" yatağından 78,4 mlrd. kubmetr qaz və 19,6 mln. ton kondensat çıxarılıb. "2017-ci il yanvarın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 mlrd. kubmetr, Türkiyəyə isə 43,8 mlrd. kubmetr qaz verilib.

Hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 mln. kubmetr və Türkiyəyə 18,5 mln. kubmetr qaz nəql edilir. Nəhayət, bunu da deyim ki, 2016-cı ildə Azərbaycanda 41 mln. tondan artıq neft və 29,4 mlrd. kubmetr qaz hasil edilib. Neftin 7,5 mln. tonunu və qazın 6,3 mlrd. kubmetrini SOCAR hasil edib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və "Şahdəniz" konsorsiumları isə ötən il 33,5 mln. ton neft və 23,1 mlrd. kubmetr qaz çıxarıblar", - deyə o bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri