Xırdalanda avtomobil 39 yaşlı kişini vuraraq öldürüb

Xırdalanda avtomobil 39 yaşlı kişini vuraraq öldürüb Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri