Azərbaycan bankının səhmdarları Londona toplaşır

Azərbaycan bankının səhmdarları Londona toplaşırBu ilin yanvarın 17-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan “Nikoyl Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb.


Bankdan APA-ya verilən məlumata görə, səhmdarların növbədənkənar ümumi yığıncağı bu ilin fevralın 8-də Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcək.


Yığıncaqda Müşahidə Şurasının, Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, audit komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi, bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələlərin müzakirəsi nəzərdə tutulub.


Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri