"Şamaxinka" istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

"Şamaxinka" istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılırBakının Moskva prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


"Azəravtoyol" ASC-dən APA-ya verilən məlumata görə, aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.


"Məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda ("Şamaxinka") tətbiq ediləcək. Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq "Bakı Dairəvi-1" avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər", - deyə məlumatda bildirilir.


"Şamaxinka" istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri