İstanbulda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.

Məlumata görə, səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri