Təbrizdə tunel çöküb, ölən və xəsarət alanlar var

Təbrizdə tunel çöküb, ölən və xəsarət alanlar var Təbrizdə tunelin çökməsi nəticəsində 3 nəfər ölüb.

APA-nın məlumatına görə, insident Təbrizin Xaqani küçəsində baş verib.

Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi elektrik enerjisi ilə təmin etmək üçün 500 meqavatlıq elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.
Şərhlər
Dünya bölməsinin xəbərləri