İstanbulda bina çöküb, iki nəfər ölüb

İstanbulda bina çöküb, iki nəfər ölübİstanbulun Zeytinburnu rayonu ərazisində 6 mərtəbəli bina çöküb.

APA-nın “Milliyət”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Bina daha əvvəl boşaldıldığından orada insan yaşamır. Ölən və yaralananların hadisə zamanı binanın yanından keçənlər olduğu ehtimal edilir.

Ölənlərdən birinin uşaq olduğu bildirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri