Bakıda müğənnilərə qarşı edilən soyğunçuluğun təfərrüatı məlum olub

Bakıda müğənnilərə qarşı edilən soyğunçuluğun təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, naməlum şəxslər yanvarın 11-də Binəqədi rayonunda "White Palace" şadlıq sarayında keçirilən toy şənliyində iştirak edən məşhur müğənni Ramal İsrafilovu izləyiblər.

Onun toy sahibindən qonorar aldığını görən naməlum şəxslər müğənni saraydan çıxandan sonra onun axrasınca gediblər və izləməkdə davam ediblər. Daha sonra R.İsrafilovun qarşısını kəsib, hədə-qorxu gələrək cibindəki pulları alıblar.

Digər hadisə eyni rayonda yanvarın 7-də qeydə alınıb. Belə ki, "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və qrupun digər 2 üzvü çay evinə dəvət edilib. Məlum olub ki, "Şadan" qrupunun üzvü Məmmədli Aslan atası Rəhim Məmmədlinin adına olan iaşə obyektini 53 000 manata satıb. Məqsəd pulu əldə edərək studiya açmaq olub. Lakin qrupun üzvü bu pulu əldə edərək obyekti yeni sahibinə verməkdən imtina edib. Buna cavab olaraq obyekti 53 000 manata alan şəxs pulunu tələb edib.

Pulunu ödədəyi halda iaşə obyektini təhvil ala bilməyən şəxs Gürcüstandan "qanuni oğru" dəvət edib. "Qanuni oğru" qrupun üzvlərinə hədə-qorxu gələrək pul tələb edib. Vəziyyətin çətin olduğunu görən "Şadan" qrupunun üzvləri onlara verilən vaxt ərzində pulu geri qaytarmağa məcbur olublar.


----------



Bakıda tanınmış müğənnilərə qarşı soyğunçuluq edilib.

Live.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıblar.
Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub.
Daha bir nəfər isə ölkədən qaçıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri